G7 sammiti BAŞLADI

G7 ölkələrinin Yaponiyanın Hiroşima şəhərində keçirilən sammiti öz işinə başlayıb.

Metbuat.az xəbər verir ki, G7 ölkələrinin liderləri ilk öncə 1945-ci ildə ABŞ-ın atdığı atom bombası qurbanlarının xatirəsinə həsr olunmuş Sülh Parkını ziyarət ediblər.

Liderlər gün ərzində üç iş sessiya keçirəcək. Yaponiya Xarici İşlər Nazirliyi bildirib ki, sessiyalarda biri Ukrayna mövzularına həsr olunacaq.

Gündəlikdə on iclas və müxtəlif əlavə tədbirlər var.

Qeyd edək ki, G7 ölkələrinin (ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yaponiya, İtaliya, Kanada) sammiti üç gün davam edəcək. Avstraliya, Braziliya, Cənubi Koreya, Vyetnam da tədbirdə iştirak etmək üçün dəvət alıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı