Qəzada ölənlər nişan üzüyü almağa gedirlərmiş - VİDEO

Qobustanda 5 nəfərin öldüyü yol qəzası ilə bağlı bəzi məqamlar məlum olub.

Metbuat.az APA-ya istinadən bildirir ki, bu gün hadisə nəticəsində dünyasını dəyişən iki nəfər 2000-ci il təvəllüdlü Əmrah Nuriyev və 2006-cı il təvəllüdlü Səmayə Talıbovanın yaxın günlərdə nişan mərasimi olacaqmış. Onlar Bakıya nişan üzüyü almaq üçün gəlirmiş. Qəzada ölən 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Əmrah Nuriyevin anasıdır.

Bundan başqa, 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov və 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova ər-arvad olub. Qəzada ölən azyaşlı isə onların övladıdır.

Qeyd edək ki, bu gün səhər saatlarında Qobustan rayonunun Cəngi qəsəbəsi ərazisində "KIA" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində 1990-cı il təvəllüdlü Məhərrəm Səmədov, 2000-ci il təvəllüdlü Əmrah Nuriyev, 1997-ci il təvəllüdlü Şəbnəm Səmədova, 2006-ci il təvəllüdlü Səmayə Talıbova və bir azyaşlı vəfat edib. Xəsarət alan 1972-ci il təvəllüdlü Şölə Nuriyeva isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı