Milli Məclisi Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədovun keçirdiyi aksiya maraqla qarşılanıb.
Metbuat.az xəbər verir ki, o, bir qrup gənclə birlikdə "Təmiz dünya" devizi altında təmizlik aksiyası keçirib. Aksiya zamanı 2 hektardan artıq sahil zolağını plastik və digər tullantılardan təmizlənıb:
"Aksiyanın keçirilməsində məqsəd sahilyanı ərazilərin tullantılardan təmizlənməsi və #təbiətisəndəqoru şüarıyla daha çox insana çatdırmaq idi", - deyə deputat məlumat verib.