Qurbanov beynəlxalq mükafata layiq görüldü

Qurban Qurbanov Beynəlxalq Feyr Pley Komitəsinin keçirəcəyi 2022-ci il Dünya Ədalətli Oyun Mükafatı mərasiminə dəvət alıb.

Metbuat.az Fanat.Az-a istinadən xəbər verir ki, Beynəlxalq Feyr Pley Komitəsinin Prezidenti Jeno Kamutinin imzasıyla AİJA-ya məktub daxil olub.

Qeyd edək ki, Qurbanov 2022-ci ildə ədalətli oyun jesti üçün nəzərdə tutulan Pyer De Kuberten mükafatına və karyerası ərzində etdiyi feyr pley hərəkətlərinə görə nəzərdə tutulan Jan Borotra mükafatına AİJA tərəfindən namizəd göstərilmişdi.

AİJA-nın 1-ci vitse-prezidenti və AIPS Europe İcraiyyə Komitəsinin üzvü Nərgiz Mahmudzadənin Sports.az saytına verdiyi məlumata görə, Beynəlxalq Feyr Pley Komitəsi Qurban Qurbanovu Jan Borotra fəxri diplomuna layiq görüb.

Bu il "Jean Borotra World Fair Play Career" mükafatlarına dünyadan cəmi 4 nəfər layiq görülüb. Bunlar Qurban Qurbanovla yanaşı amerikalı Katrin Svitzer, italiyalı Marco Kalamay və macar Antal Dunaydır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı