Vilayət Eyvazov BMT nümayəndəsini qəbul edib

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov mayın 24-də BMT-nin Narkotiklər və Cinayətkarlıq İdarəsinin Mərkəzi Asiya üzrə nümayəndəsi Aşita Mittalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

DİN-dən Metbuat.az-a verilən məlumata görə, qonağı salamlayan nazir BMT-nin bir çox təsisatları ilə Daxili İşlər Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrinin mövcudluğunu, ölkəmizin BMT-nin terrorçuluğa, transmilli mütəşəkkil cinayətkarlığa, narkotiklərin dövriyyəsinə, qanunsuz miqrasiyaya və insan alverinə qarşı mübarizə üzrə müvafiq Konvensiya və Protokolların iştirakçısı olaraq, təşkilatın bir çox xüsusi qurum və orqanları ilə faydalı əməkdaşlıq münasibətlərini davam etdirdiyini vurğulayıb.

    Səmimi qəbula görə minnətdarlığnı bildirən xanım Aşita Mittal Azərbaycanda təhlükəsizlik məsələlərinin uğurla həyata keçirildiyini, hüquq-mühafizə, o cümlədən polis orqanlarının bu istiqamətdə üzərlərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldiklərini xatırladıb, BMT-nin Azərbaycandakı strukturları ilə Daxili İşlər Nazirliyi arasındakı əməkdaşlığın bundan sonra daha da genişlənəcəyinə əminliyini ifadə edib.

    Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı