“Yeni İpək Yolu”nda niyə Azərbaycan yoxdur? - Kılıçdaroğlu CAVAB VERDİ / VİDEO

Xəbər verdiyimiz kimi, Millət İttifaqının prezidentliyə namizədi, CHP lideri Kamal Kılıçdaroğlu prezident seçiləcəyi təqdirdə həyata keçirəcəyini vəd etdiyi “Yeni İpək Yolu” layihəsi ilə məyus etmişdi. Kılıçdaroğlunun hədəflədiyi “Yeni İpək Yolu” Azərbaycandan yan keçmişdi.

Metbuat.az xəbər verir ki, "Babala TV" adlı "Youtube" kanalına qonaq olan Kılıçdaroğluna bununla bağlı sual ünvanlanıb. CHP-nin təqdim etdiyi “Yeni İpək Yolu”na Azərbaycanın niyə daxil edilmədiyi ondan soruşulub. Audiotoriyadan ünvanlanan suala Kılıçdaroğlu belə cavab verib:

"Bizim Azərbaycanla olan dostluğumuz heç bir partiya tərəfindən fərqli düşünülə bilməz. Ana hədəfimiz Orta Asiyanı Türkiyə və Avropa ilə birləşdirməkdir. Mərkəzi Türkiyə layihəsini böyütmək və Türkiyəni türk dövlətləri ilə çox daha güclü əlaqələri üçün iqtisadi infrastrukturu formalaşdırmaqdır. Bütün hədəfimiz budur. Bir də Zəngəzur Koridoru var, bu koridorun açılması lazımdır. Amma bu koridorun açılması tərəflərin razılaşması və Türkiyənin Azərbaycana qeyd-şərtsiz dəstək verməsindən asılıdır. İranla Ermənistan arasındakı birlikdəlik bu koridorun açılmasını çətinləşdirir. Əgər Türkiyə öz gücünü istifadə edərsə, koridorun həm Türkiyəyə, həm İrana, həm Ermənistana, həm türk dövlətlərinə töhfə verəcəyinə inandıra bilsək, Türkiyə öz bölgəsində çox güclü olacaq. Və biz o koridoru genişləndirməliyik”.

Ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı