Bakı sakininə qarşı soyğunçuluq edilib

Bakı sakininə qarşı soyğunçuluq edilib.

Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 20-də Nəsimi rayonu ərazisində bir nəfərin paytaxt sakini M.Quliyevə zor tətbiq edərək içərisində 4000 manat olan pulqabısını və 2800 manat dəyərində mobil telefonunu talaması barədə polisə məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Ağayev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı