Qanunsuz balıq ovlayanlar cəzalandırıldı

Xəzər dənizinin Xaçmaz və Şabran rayonları akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

Bu barədə Metbuat.az-a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

Bildirilib ki,araşdırma zamanı balıq ovlayan şəxslərin Xaçmaz rayon sakinləri Elşad Əzizov, Güloğlan Baxışov, Şabran şəhər sakinləri Ədalət Fərzəliyev, Qafqaz Quliyev olduğu müəyyən edilib və onlardan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb. Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı