Biləsuvarda yol qəzası tıxaca səbəb olub.
Metbuat.az xəbər verir ki, hadisə bu gün axşam saat 18:00 radələrində Bakı-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.
Belə ki, hərəkət etməkdə olan "Azsamand" markalı minik avtomobili idarəetməni itirərək beton maneəyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib. Həmçinin yolda tıxac yaranıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir.
Faktla bağlı araşdırma aparılır.