“Binance” kriptovalyuta birjası bir sıra aktivlər üzrə vəsaitlərin çıxarılması xidmətini yenidən aktivləşdirib.
Metbuat.az xəbər verir ki, bu barədə birjanın “Telegram” kanalında məlumat verilib.
Bərpa olunan aktivlər arasında BTC, ETH, USDT, USDC, BNB, XRP, DOGE, ARB və TRX yer alır. Xidmət BTC, Ethereum, BNB Smart Chain, XRP, Base, Dogecoin, Optimism, Arbitrum və TRON şəbəkələrində əlçatandır.
Bildirilib ki, təhlükəsizlik yoxlamaları başa çatdıqca digər aktivlər və şəbəkələr üzrə də vəsaitlərin çıxarılması mərhələli şəkildə bərpa ediləcək.