Kılıçdaroğlu bu qədər səs toplayacaq - Təəccüblü proqnoz

Türkiyənin nüfuzlu jurnalisti, yazıçı Hulki Cevizoğlu prezident seçkilərinin ikinci turu barədə proqnoz verib.

Metbuat.az xəbər verir ki, o bildirib ki, müxalifətin namizədi Kamal Kılıçdaroğlu seçkilərdə 37-38 faiz səs yığa biləcək. Hulki Cevizoğlunun sözlərinə görə, Kılıçdaroğlu etirazları nəzərə alaraq ikinci tur üçün siyasətini dəyişib. Buna görə, Hulki Cevizoğlu müxalifətin namizədinin ikinci turda daha az səs toplayacağını ifadə edib.

Qeyd edək ki, Kamal Kılıçdaroğlu ilk turda PKK terrorçuları ilə əməkdaşlıq edən HDP ilə görüşüb. HDP açıq formada Kılıçdaroğluna dəstək ifadə edib. Birinci turdan sonra Kılıçdaroğlu HDP-nin əleyhinə ifadələr səsləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı