PSJ-dən 60 milyonluq transfer - Siyahıda Arda Gülər də var

Fransanın PSJ klubu heyətini gəncləşdirir.

Metbuat.az xəbər verir ki, klub yeni layihəsinə uyğun olaraq 22 yaşlı uruqvaylı Manuel Uqarteni transfer edib. Məlumata görə, PSJ 22 yaşlı yarımmüdafiəçisi üçün "Sportinq"ə 60 milyon avro ödəyəcək. Futbolçu PSJ ilə 5 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, Manuel Uqarte cari mövsüm bütün turnirlərdə 47 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

Məlumata görə, Neymar, Messi kimi futbolçuların klubdan ayrılmasına razılıq verən, PSJ-nin hədəfləri arasında "Fənərbaxça"nın futbolçusu Arda Gülər də var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR