"Real"ın hücumçusu Kərim Benzema məşhur müğənni Rihannayla birlikdə Nyu-Yorkdakı restoranlardan birindən çıxarkən görüntülənib.
Metbuat.az "Daily Mail"ə istinadən xəbər verir ki, cütlük bir neçə aydır ki, münasibətlərini mediadan gizlədir. Rihannanın DÇ-2014-də Fransanın Almaniyaya məğlub olaraq mübarizəni dayandırdığı matçdan sonra Benzemaya dəstək verməsi onların bir-birlərinə yaxınlaşmasına səbəb olub.
Qeyd edək ki, Rihannanın adı ilk dəfə deyil ki, idmançılarla birgə hallanır. Daha öncə Ririnin "Klivlend"in basketbolçusu Cey Ar Smitlə sevgili olduğu iddia olunurdu.

