Bu avtobusların hərəkət istiqaməti dəyişdirildi

Biləcəri qəsəbəsi Ə.Qasımov küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Metbuat.az-a verilən məlumata görə, tətbiq edilən məhdudiyyət səbəbindən 83, 91 və 92 nömrəli müntəzəm marşrut avtobuslarının hərəkət sxemi müvəqqəti olaraq dəyişdirilib.

Bildirilib ki, məhdudiyyət aradan qaldırıldıqdan sonra avtobusların əvvəlki sxem üzrə fəaliyyəti təmin ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR