Şimali Koreyanın hərbi casus peyki buraxmasına etiraz

Şimali Koreyanın ilk hərbi casus peykini orbitə çıxarmaq planı BMT Təhlükəsizlik Şurasının sanksiyalarını pozmaq deməkdir.

Metbuat.az xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi açıqlama verib. Bildirilib ki, buraxılış aparatlarında və ballistik raketlərdə istifadə olunan texnologiya eynidir. Ona görə də Şimali Koreyanın istənilən peyk buraxılışı beynəlxalq hüququ, o cümlədən BMT Təhlükəsizlik Şurasının uzaq mənzilli uçuşlarını qadağan edən qətnamələrini pozacaq. Açıqlamada deyilir ki, peykin buraxılmasında istifadə olunan texnologiya qitələrarası ballistik raketlərdə də istifadə oluna bilər. Açıqlamada qeyd edilir ki, Şimali Koreya qeyri-qanuni fəaliyyətlərdən çəkinməli və diplomatik kanalları açıq saxlamalıdır.

Qeyd edək ki, Şimali Koreya hərbi casus peykini orbitə çıxaracağını bəyan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı