Ronaldonun sevgilisinin üzərindən 1 milyon "çıxdı" - FOTO

Kriştiano Ronaldonun sevgilisi CorcinaRodrigezin Kann Film Festivalında taxdığı boyunbağı müzakirələrə səbəb olub.

Metbuat.az xəbər verir ki, Rodrigezin taxdığı boyunbağının qiyməti 1 milyon funt-sterlinq dəyərindədir. Rodrigezin brilyant detallı “Chopard” boyunbağısı festivalda ən bahalı zinət əşyalarından biri olub. Bildirilir ki, pop ulduz Karina da qırmızı brilyant detallı “Chopard” boyunbağısı ilə görüntülənsə də, Ronaldonun sevgilisi daha ön planda olub.

Sevgilisi Ronaldo “Əl-Nəsr”in heyətində olduğu üçün Corcina Kan festivalına tək qatılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR