Azad edilmiş ərazilərin bərpasına bu qədər vəsait xərclənib

2022-ci ildə Azərbaycanda işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına xərclənən vəsaitin məbləği açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə edilən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsində əksini tapıb.

Layihəyə əsasən, ötən il işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulmasına 2 665 408 636 manat vəsait xərclənib.

Qeyd edək ki, 2023-cü ilin dövlət büdcəsindən isə Azərbaycan Respublikasının işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən tikinti, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi ilə bağlı xərclərinin artımı üçün 2 milyard 260,0 milyon manat əlavə vəsait ayrılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı