​Ermənistanda bir sıra yüksək rütbəli məmurlar həbs olunacaq

Ermənistanda bir sıra yüksək rütbəli məmurların narkotik alverinə görə həbs olunacağı gözlənilir.

Metbuat.az "Hraparak"a istinadən xəbər verir ki, bunu parlamentdə büdcə məsələləri ilə bağlı qapalı müzakirələr zamanı ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan deyib. O qeyd edib ki, Ermənistanda narkotik vasitələrin qanunsuz dövriyyəsi bir neçə dəfə artıb və azyaşlılar bu işə cəlb olunub:

"Bununla bağlı yaxın vaxtlarda bu bizneslə hansısa formada əlaqəsi olan məmurlar saxlanılaraq həbs olunacaq".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı