“TikTok”un məsul nümayəndələri Azərbaycan Mətbuat Şurasında olublar - FOTO

Mayın 30-da “TikTok” platformasının Şərqi Avropa regionunda dövlət qurumları ilə iş üzrə direktoru Sergey Sokolov, dövlət qurumları ilə iş üzrə meneceri Dmitri Pylev, platforma üzərindəki canlı yayımların Orta Asiya və Şərqi Avropa üzrə direktoru Veqa Sonq, həmçinin, “TikTok”un Azərbaycan üzrə əlaqələndiricisi Emin Axundov Mətbuat Şurasında olub.

Şuradan Metbuat.az-a verilən məlumata görə, MŞ İdarə Heyətinin üzvləri Yadigar Məmmədlinin, Aqil Ələsgərin və Şuranın Katibliyinin əməkdaşlarının qatıldıqları görüşdə qonaqlar “TikTok”un Azərbaycan seqmentindəki istifadəçilərin sayının artan xətt üzrə getdiyini bildiriblər.

Onlar bu platformanın ayrı-ayrı cəmiyyətlərə faydalı nəticələr verməsi istiqamətində təkmilləşdirmə işlərinin davamlı xarakter daşıdığını vurğuladılar. Azərbaycana səfərlərinin də bu baxımdan zəruri əməkdaşlıq təkliflərini dəyərləndirmək məqsədi daşıdığını önə çəkiblər.

Ölkəmizin müxtəlif dövlət qurumları ilə işbirliyinin səmərəsindən söz açan qonaqlar, həmçinin, medianın, ayrı-ayrı jurnalistlərin “TikTok” üzərindən yayım həyata keçirmələri, paylaşılan kontentlərin keyfiyyəti məsələsinə toxunublar.

MŞ İdarə Heyətinin üzvləri də çıxışlarında “TikTok”un ölkəmizdə populyarlaşdığını diqqətə çatdırdılar. Onlar qarşılıqlı əməkdaşlığın müxtəlif aspektlərinə toxunublar.

Görüşdə jurnalist yaradıcılığının ictimai faydaları üzərində dayanılaraq, bu peşə daşıyıcılarının platformadakı aktivliklərinin cəmiyyətin yanlış yönləndirilməsi meyilləri ilə mübarizədəki rolundan söz açıldı. Mövcud xüsusda “TikTok” tərəfindən azərbaycanlı jurnalistlərə seminarların təşkili məsələsi üzərinə gəlindi. Bu ideya məqbul qiymətləndirildi və onun reallaşdırılması üçün işçi qaydada məsləhətləşmələrin aparılması qərara alınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı