Avropa Liqasında 2022/2023 mövsümünün final oyunu keçirilib.
Metbuat.az verir ki, həlledici matçda İspaniya “Sevilya”sı İtaliya “Roma”sı ilə üz-üzə gəlib. Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılan matçın əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatıb. Penaltilər seriyasında isə "Sevilya" daha dəqiq (4:1) olub və 7-ci dəfə turnirin qalibi adını qazanıb.