Çin Tayvanla bağlı müharibə mesajı verdi

“Çin Tayvanı sülh yolu ilə birləşdirmənin tərəfdarıdır, lakin Tayvana qarşı lazım gələrsə gücdən istifadə variantı istisna deyil”.

Metbuat.az xəbər verir ki, Çinin müdafiə naziri Li Şanqfu belə deyib. Li, Tayvanın Demokratik Tərəqqi Partiyasının müstəqillik üçün digər ölkələrdən dəstək almasının qəbuledilməz olduğunu bəyan edib.

Xarici KİV-lər yazır ki, Çinin müdafiə nazirinin Asiya-Sakit Okean regionunun ən mühüm təhlükəsizlik forumu olan Şanqri-La Dialoqundan əvvəl belə mesaj verməsi təsadüfi deyil. Bu mesaj Sinqapura və bölgədəki digər ASEAN üzvü ölkələrə Tayvanla bağlı məsələdə ABŞ və onun Qərb müttəfiqlərinin yanında durmamaları üçün xəbərdarlıq kimi qiymətləndirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı