Bakıda sərnişin avtobusda ürəktutmasından ölüb

Bakının Suraxanı rayonunda avtobusda ölüm hadisəsi baş verib.

Metbuat.az xəbər verir ki, hadisə Hövsan qəsəbəsində hərəkətdə olan 161 saylı xətt üzrə hərəkət edən avtobusda qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Ziyafət Məcidov ürəktutmasından dünyasını dəyişib. Əraziyə təcili yardım briqadası çağırılsa da gec olub.

Onun ölüm səbəbi araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı