Ermənipərəstin qızının Bakıdakı konsertinə Muraddan ETİRAZ

Müğənni Murad Arif rus aktyor və aparıcı Vitali Qoqunskinin qızı Milana Starın Bakıda konsertinin keçirilməsinə etiraz edib.

Metbuat.az xəbər verir ki, o, 44 günlük müharibə zamanı aktyorun ermənipərəst mövqe tutmasına etiraz edib:

“Qoqunski 44 günlük müharibədə dayanmadı, Martirosyan, Qalustyan demədi, bütün ermənilərin səhifələrində "yatdı", erməni xalqının "dərd"inə ağladı, dünyanı “vəhşi azərbaycanlıların” zülmünə stop deməyə çağırdı. Azərbaycanlılar da həmişəki kimi həmin Qoqunskinin balası Milanaya qucağını açıb, ona konsert təşkil edir. Xasiyyətsizliyimizin həddi-hüdudu varmı?”.

Qeyd edək ki, Milananın konserti 11-12 iyun tarixlərində Bakı Musiqi Akademiyası nəzdində Opera Studiyasının Konsert salonunda baş tutacaq.

Дети Виталия Гогунского: дочь Милана



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı