Kürdəmirdə yol qəzası - Yaralılar var

Kürdəmirdə mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var.

Metbuat.az "Report"a istinadən xəbər verir ki, hadisə Ağsu-Kürdəmir yolunun rayonun Topalhəsənli kəndindən keçən hissəsində qeydə alınıb.

"Toyota Prado" markalı avtomaşının sürücüsü Əliyev İlham Hümbət oğlu Kürdəmir istiqamətində hərəkətdə olarkən əks istiqamətdə gedən "Ford" markalı mikroavtobusla toqquşub.

Nəticədə mikroavtobusda olan 2 nəfər - Ağsu sakinləri, 1992-ci il təvəllüdlü Həsənov Orxan Xalid oğlu,1976-cı il təvəllüdlü İmanzadə Natiq Əli oğlu və "Toyota Prado"nun sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Faktla bağlı araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR