“Leyptsiq” Almaniya kubokunun qalibi oldu

İyunun 3-də futbol üzrə Almaniya kubokunun qalibi müəyyənləşib.

Metbuat.azxəbər verir ki, həlledici qarşılaşmada “Leyptsiq” və “Ayntraxt” klubları üz-üzə gəlib.

Matç “Leyptsiq”in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda qolları 71-ci dəqiqədə Kristofer Nkunku və 85-ci dəqiqədə Dominik Soboslay vurublar.

Qeyd edək ki, bu, “Leyptsiq”in Almaniya kubokunda ikinci zəfəridir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR