Ağır xəstəlikdən əziyyət çəkən Minarə Əskərova dəstək istəyir - HESAB NÖMRƏSİ...

20 ildən çoxdur ki, televiziya sahəsində, prodüsser vəzifəsində çalışan Minarə Əskərova ağır xəstəlikdən əziyyət çəkir.

Metbuat.az xəbər verir ki, prodüsser bildirib ki, şiş artıq bədənininin digər nahiyələrinə də keçib.

“Hər iki döş qəfəsimdə şişlər var. Sonuncu dəfə aprel ayının 29-da yoxlanışdan keçmişəm. Həkim bildirdi ki, təcili əməliyyat olunmalıdır, döş qəfəsi kəsilib, implant qoyulmalıdır. Böyük şok keçirtdim. Zatən mənim beynimdə dondurulmuş şiş var, iki əməliyyatdan sonra yerişimi də qismən itirmişəm. Çox böyük çətinliklər yaşayıram. Düzdür, maddi baxımdan mənə dəstək olanlar var. Ancaq bu cür xəstəliyin müalicə məsrəflərini təkbaşına özüm ödəyə bilməzdim. Sağ olsunlar, istər sənət adamları, istər televiziya işçiləri, istərsə də jurnalistlər hər biri mənə dəstək olur. İTV-nin baş direktoru Balaş müəllimə də çox minnətdaram, heç zaman dəstəyini əsirgəmədi. Bədənimin 80 faizi demək olar ki, aktiv deyil. Ona görə də əməliyyata girməyə qorxuram. Bilirsiniz ki, aktrisa Zümrüd Qasımova da sağlıq problemi üzündən çox əziyyət çəkib. Mənə Türkiyədəki həkimlərin müayinəsindən də keçməyi məsləhət gördü. Ora getməyə hazırlaşıram. Ehtiyacım olan budur ki, mənə köməklik etsinlər Türkiyəyə gedim, oradakı həkimlərdən, yoxlanışlardan keçim, analiz verim. Bunun üçün də maddi yardıma ehtiyacım var. Sağ olsun, modelyer Gülnarə Xəlilova da mənə çox yardım edir. Sizin saytınız vasitəsilə də müraciət edib, köməklik istəyirəm. İnanıram ki, bu yolda məni tək buraxmayacaqsınız” deyə Minarə Əskərova bildirib.

Qeyd edək ki, 18 yaşından televiziyada fəaliyyət göstərən Minarə Əskərova “Soy” prodakşın, Lider və Space TV-də çalışıb. Onun son iş yeri İctimai televiziya olub. 17 ildir İctimai televiziyada çalışan Minarə xanım “Gənclər Elm və Təhsil Departamentində prodüsser, bir neçə verilişin rejissor və layihə rəhbəri olub. Onun işləri aidiyyatı qurumlar tərəfindən də qiymətləndirilmiş və Minarə xanım bir çox mükafat və təltiflərə layiq görülüb. İnanırıq ki, iki övlad sahibi olan Minarə xanıma köməyinizi əsirgəməyəcəksiniz.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı