Bu şəxslər 12 min manat cərimələnəcək

Kredit tarixçələrindəki məlumatı düzgün və vaxtında təqdim etməyən nisyə mal alqı-satqısı ilə məşğul olanlar 12 min manatadək cərimələnəcək.

Metbuat.az xəbər verir ki, bu, İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilən 440.3-cü bəndində əksini tapıb.

Yeni bəndə əsasən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsində göstərilən nisyə mal alqı-satqısı ilə məşğul olan şəxslər tərəfindən “Kredit büroları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq kredit tarixçələrini təşkil edən məlumatın kredit bürosuna həmin Qanunda müəyyən olunmuş qaydada təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə vəzifəli şəxslər 1 500 manatdan 2 000 manatadək məbləğdə, hüquqi şəxslər 10 000 manatdan 12 000 manatadək məbləğdə cərimə ediləcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı