Yeni naziri təbrik edərkən biabırçı səhvə yol verdi: Təsadüf yoxsa qəsdən? - FOTO

Böyük Britaniyanın Xarici Kəşfiyyat Xidməti MI6-nın rəhbəri Riçard Mur Türkiyənin xarici işlər naziri vəzifəsinə təyin olunan Hakan Fidanı təbrik edib.

Metbuat.az xəbər verir ki, MI6-nın rəhbəri Mur, tvitterdəki yazısında, türk dilində "Dostuma və keçmiş həmkarıma yeni vəzifəsində uğurlar arzulayıram. Uğurlar, nazir!" - deyə yazıb. Təbrik mesajına Hakan Fidana aid olmayan eyni adlı hesabı əlavə edən Mur, növbəti paylaşımında “Ay, bu utancvericidir! Amma hesab gerçək olmasa belə, ən xoş arzularım gerçəkdir!" sözlərini qeyd edib.

Qeyd edək ki, Mur 2014-2017-ci illərdə Böyük Britaniyanın Türkiyədəki səfiri vəzifəsində çalışıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı