Bazar günü imtahan verənlərin nəzərinə!

Ali təhsil müəssisələrinin və AMEA‑nın magistraturalarına qəbul imtahanı (II cəhd) 11 iyun 2023-cü il tarixində keçiriləcək.

Metbuat.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bakalavrlar “İmtahana buraxılış vərəqəsi”ni çap etmək üçün https://www.e-gov.az/az/services/read/2516/0?tqdk_xdm=145 linkinə daxil olmalıdırlar.

Qeyd edək ki, bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və “İmtahana buraxılış vərəqəsi”ni mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı