"Biologiya" və "Fizika" bu siniflərdə keçirilməyəcək - RƏSMİ

Fənlərin saylarına baxılmasına ehtiyac var.

Metbuat.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

“Fənlərə baxılması istiqamətində nazirlikdə müzakirələr başlanılıb. Hansı fənnin tədris prosesindən çıxarılması məsələsinə isə baxılır”,- deyə o əlavə edib.

E.Əliyev bildirib ki, növbəti tədris ilində 6-cı siniflərdə “Təbiət” fənni tədris ediləcək, əvəzində isə 6-cı siniflərdə biologiya və fizika tədris olunmayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR