Azərbaycan NATO-nun iclasında iştirak etdi

İyunun 5-də NATO-nun Brüsseldə yerləşən mənzil-qərargahında Alyansın ən yüksək hərbi strukturu olan Hərbi Komitə çərçivəsində ilk dəfə olaraq enerji təhlükəsizliyi üzrə tərəfdaşlarla birgə genişləndirilmiş formatda görüş keçirilib.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycanın NATO yanında nümayəndəliyindən məlumat verilib.

Bildirilib ki, komitə iclasında ölkəmizi təmsil edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, fəlsəfə doktoru Esmira Cəfərova Azərbaycanın uğurlu enerji siyasəti, habelə qlobal və regional müstəvidə enerji təhlükəsizliyinə töhfələri barədə təqdimatla çıxış edib. Azərbaycan təmsilçisi NATO mənzil-qərargahına səfəri çərçivəsində, həmçinin NATO Beynəlxalq Katibliyinin İqlim və enerji təhlükəsizliyi bölməsi və NATO-nun Vilnüsdə yerləşən Enerji Təhlükəsizliyi üzrə Mükəmməllik Mərkəzinin rəhbərliyi ilə ikitərəfli görüşlər keçirib.

Müzakirələr zamanı E.Cəfərova Azərbaycanı qlobal enerji təhlükəsizliyində etibarlı tərəfdaşa çevirmiş uzaqgörən enerji strategiyamız, “Cənub Qaz dəhlizi”nin Avropanın enerji təhlükəsizliyində oynadığı əhəmiyyətli rol, ölkəmizin bərpa olunan enerji mənbələri kontekstində təqdim edə biləcəyi imkanlar və perspektiv layihələr barədə müttəfiq və tərəfdaş dövlətlərə məlumat verib.

NATO üzv dövlətləri Azərbaycanın Alyansın etibarlı və vacib tərəfdaşı olduğunu vurğulayıb. Müttəfiq dövlətlər ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı müsbət rolu yüksək dəyərləndirib, görülmüş işlər və gələcək layihələrin əhəmiyyətinə toxunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı