Naxçıvanda bu sahələrdə güzəştlər tətbiq ediləcək

Naxçıvan MR-da hüquqi və fiziki şəxslərə vergi, gömrük, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi nəzərdə tutulur.

Metbuat.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.

Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurumlar isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli Nazirlər Kabinetidir.

İlkin olaraq güzəşt tətbiq olunacaq fəaliyyət sahələrinin müəyyən edilməsi, daha sonra vergilərdən azad olunma, sosial sığorta və digər sahələrdə güzəştlərin tətbiq edilməsi, yekun olaraq isə özəl sektorun inkişafı planlaşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı