Sərhəddə təxribat artır, anti-terror əməliyyatı başlayacaq? - AÇIQLAMA

Son günlər ordumuzun mövqeləri Ermənistan tərəfindən tez-tez atəşə tutulur. Cəbhədə təxribata əl atmaq istəyən qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğuları quraşdırmağa cəhd göstərirlər.

Bu barədə Metbuat.az-a danışan ehtiyatda olan polkovnik Şair Ramaldanov qeyd etdi ki, Ermənistan hələ də xarici qüvvələrin təsiri ilə çıxış edir:

"Ermənistanın hərbi siyasi rəhbərliyi həmişə demək olar ki, qeyri-konstruktiv mövqeyi ilə seçilib. Ermənistanın başına gələn bütün bəlalar bundan irəli gəlir. Buna Ermənistan rəhbərliyinin düzgün mövqe tutmaması, xarici qüvvələrin sifarişini yerinə yetirməsini səbəb kimi göstərmək olar. Güclü dövlət əlbəttə həmişə xalqının, dövlətinin maraqlarını qoruya bilir. Ermənistan isə heç vaxt güclü olmayıb. Həmişə başqa dövlətin təsirində olaraq gərginliyə səbəb olan addımlar atır. Müharibədən sonra məğlub olan Ermənistan konstruktiv mövqe tutmaq əvəzinə, həm Üçtərəfli bəyənatın müddəalarını yerinə yetirməkdən, həm də sülhdən qaçır".

Polkovnik Şair Ramaldanov: Sosial şəbəkələrdə bilən də, bilməyən də

Ekspertin sözlərinə, Ermənistanın daxili və xaricində baş verən proseslər, böyük dövlətlərin erməni diasporu adıyla öz maraqlarını təmin etmək üçün atdığı addımlar münaqişəyə gətirib çıxarır. Anti-terror əməliyyatlarının baş verə bilmə ehtimalına gəlincə, ekspert hazırda vəziyyətin çox kritik olmadığını bildirib:

"Azərbaycan sülhlə bağlı təkliflərini versə də, Ermənistan sərhəddə gərginlik yaradır, fortifikasiya qurğuları quraşdırır. Ermənistan hələ də dərs çıxarmayıb ki, Azərbaycan üçün əgər ehtiyac olarsa, Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanın daxili və ya xaricində hansısa qüvvələr Azərbaycan üçün təhlükəli addımlar atarsa, dərhal adekvat addımlar atılacaq. Ermənistanın belə addımlar atmağı da sülhə maraqlı olmamasının göstəricisidir.

Anti-terror əməliyyatına gəlincə, Azərbaycan bunu hər an keçirə bilər. Əgər Qarabağ iqtisadi zonasında qanunsuz erməni silahlarının tərksilah edilməsi üçün anti-terror əməliyyatı lazım olarsa, mən düşünürəm ki, Azərbaycan bütün planları artıq görüb. Fərqi yoxdur, lap elə sülhməramlıların müvəqqəti yerləşdiyi ərazi olsun, ya da ki sərhəddə qarşı tərəfin terror fəaliyyətinin qarşısını almaq olsun. Ümumiyyətlə, ordumuz xırda hansısa tədbirlərə adekvat cavablar verir. Ordumuz irimiqyaslı anti-terror əməliyyatı aparamağa hazırdır. Lakin bu qərar səlahiyyətli şəxslər, Ali Baş Komandanın qərarı ilə ola bilər. Düşünürəm ki, hazırda vəziyyət kriktik həddə çatmayıb. Diplomatik danışıqlar hələ ki davam edir".

Gülər Seymurqızı


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı