"Dövlət borcunun çox olması qəbuledilməzdir" – Maliyyə naziri

Bizim üçün dövlət borcunun çox olması qəbuledilməzdir.

Metbuat.az bildirir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

O qeyd edib ki, Azərbaycanın borclanmaları götürərkən konkret hədəfləri və strategiyası var.

“Bu gün də biz bu strategiyaya uyğun tədbirlərimizi həyata keçiririk. Əksər kredit reytinq agentlikləri Azərbaycana kredit verərkən ilk olaraq bizim borc vəziyyətimizi təhlil edir”, - deyə nazir əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı