ƏƏSMN-in satışa çıxardığı mənzillərdən 200-ə yaxını satıldı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ms.sosial.gov.az portalı üzərindən onlayn satışı həyata keçirilən mənzillərdən 200-ə yaxını artıq satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.

Mənzilləri alan şəxslərlə onların dəyəri tam ödənilməklə notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanıb və mənzillər sahiblərinə təqdim olunub.

Hazırda 1400-dən çox mənzilin ms.sosial.gov.az portalı üzərindən bron edilməsi və bron etmiş şəxslərlə əlaqə saxlanılaraq onların bron etdikləri mənzillərin alqı-satqısına dəvət edilməsi prosesi davam edir.

Mənzillərdən maksimum 3-nü bron etmək imkanı verilir.

Bakının Qaradağ rayonundakı Ümid qəsəbəsində, Abşeron rayonunda (“Stansiya Sumqayıt” kimi tanınan ərazi) və Samux rayonunda yeni binalarda yerləşən mənzillərin hər biri çıxarışlı və tam təmirlidir, istifadə olunmayıb.

Mənzilləri banklara müraciət etməklə ipoteka krediti ilə də almaq olar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı