Messidən sonra Suares: Mövsümün super transferləri ard-arda gəlir

Lionel Messidən sonra Braziliyanın “Qremio” klubunun hücumçusu Luis Suares də “İnter Mayami”yə keçməyə hazırlaşır.

Metbuat.az-ın məlumatına görə, bu barədə “90 min” xəbər verib. Bildirilir ki, Messinin ABŞ klubuna keçidindən sonra onun ən yaxın dostu olan Suares də, “İnter Mayami”nin təklifini qəbul edib.

Xatırladaq ki, Messi və Suares əvvəllər “Barselona”da birlikdə çıxış ediblər. Suaresin “Qremio” ilə müqaviləsi 2024-cü ilə qədərdir.

"İnter Mayami" klubu sosial şəbəkə hesabları Messinin transferini elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR