Azərbaycanın neft sahəsinə qoyulmuş xarici sərmayələrinin həcmi 110 mlrd. dollara yaxınlaşıb

Son 27 il ərzində (1994-2022-ci illər) Azərbaycanın neft sahəsinə qoyulmuş xarici sərmayələrinin ümumi həcmi 108 mlrd. ABŞ dolları təşkil edib.

Metbuat.az xəbər verir ki, hesablamalara əsasən, əgər 1994-cü ildə neft sahəsinə xarici sərmayələrin həcmi 0,09 mlrd. dollar təşkil edirdisə, 2022-ci ildə bu göstərici 7,74 mlrd. dollar səviyyəsində olub, bu da 86 dəfə artım deməkdir.

Qeyd etmək lazımdır ki, hesabat dövründə neft sahəsinə xarici sərmayələrin həcmi üzrə ən yüksək göstərici – 8,22 mlrd. dollar, 2014-cü ildə qeydə alınıb, ən aşağı göstəricisi isə 1994-cü ilə təsadüf edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı