Avtoxuliqanlıq edən şəxs həbs edildi - FOTO

Beyləqanda avtoxuliqanlıq edən şəxs inzibati qaydada həbs olunub.

Metbuat.az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində ictimai qaydanı nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən rayon sakini Ülvi İsgəndərli saxlanılıb. Onun idarəsində olan "VAZ-21074" markalı avtomobil müvəqqəti duracağa yerləşdirilib.

Adıçəkilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib. O, qərara əsasən inzibati qaydada 15 sutka həbs edilib və nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR