Milli Məclisdə BTQ ilə bağlı saziş ratifikasiya edilib

Azərbaycan, Gürcüstan və Türkiyə arasında Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti çərçivəsində transit gömrük prosedurlarını asanlaşdırmaq üçün ilkin məlumat mübadiləsinə dair Saziş dövlətlərin ərazilərindən keçməklə malların manəsiz və sürətli beynəlxalq daşınmasını asanlaşdırmaq, yük daşımaları üçün vaxtı azaltmaq məqsədi daşıyır.

Metbuat.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

"Əməkdaşlığın mahiyyəti hüquqpozmalar, qaçaqmalçılıq və çinayətkarlığa qarşı mübarizə tələbləri istisna olmaqla, gömük nəzarətinə sərf olunan müddəti azaltmaq, ilkin elektron məlumat mübadiləsi sistemlərindən istifadə etməklə prosedurları sadələşdirmək, sürətli daşınması tələb olunan mallara xüsusi diqqət ayırmaq, risk təhlili əsasənda yoxlama həyata keçirmək, bir-birinin gömrük plomblarını tanımaq, müəyyən məntəqələrədə birgə tərbirlər həyata keçirmək, bir-biri ilə rentgen təsvirlərini paylaşmaqdır. Bunun üçün tərəflər məlumat mübadiləsinin texnologiyalarını 6 ay ərzində hazırlamağa razılaşırlar. Bütün məsələlərin tənzimlənməsi üçün üçtərəfli əməkdaşlıq komissiyasının yaradılması planlaşdırılır. Sazişin depozitarisi Türkiyədir. Saziş qeyri-müəyyən müddətə bağlanır, yəni bütün sənədlər Türkiyədə saxlanılacaq", - deyə o qeyd edib.

Sazişin icraçı üzrə səlahiyyətli orqanlar Azərbaycanda Dövlət Gömrük Komitəsi, Türkiyədə Ticarət Nazirliyi, Gürcüstanda isə Gəlirlər Xidmətidir.

2022-ci ildə BTQ ilə 432 284 ton, 2017-2022-ci illərdə isə 1 347 585 ton yük daşınıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı