“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq

“Uşaq hüquqları haqqında” yeni qanun hazırlanacaq.

Metbuat.az bildirir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nda edilən dəyişiklikdə əksini tapıb.

    Beləliklə, Nazirlər Kabineti, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2023–2024-cü illərdə “Uşaq hüquqları haqqında” yeni qanunun hazırlanmasını təmin etməlidir.


    Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
    0552252950 (Whatsapp)

    BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

    Media Savadlılığı