Transfer açıqlandı, bütün biletlər satıldı

Lionel Messi karyerasını "İnter Mayami"də davam etdirəcəyini açıqladıqdan sonra klubun bu mövsüm keçirəcəyi bütün matçların biletləri bir neçə saat ərzində satılıb.

Metbuat.az xəbər verir ki, bu barədə “AS” qzəeti məlumat verib. Bildirilir ki "İnter Mayami"nin bu mövsüm qalan bütün matçlarının biletləri satılıb. Həmçinin bilet qiymətləri 800 dollardan 3 min 500 dollara qədər bahalaşıb.

Qeyd edək ki, "İnter Mayami" ilə müqavilə imzalayan Lionel Messi yeni komandası ilə meydana çıxmaq üçün bir müddət gözləyəcək. Argentinalı ulduz əvvəlcə PSJ ilə müqaviləsinin başa çatmasını gözləyəcək.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR