"Qəbələ" bu futbolçu ilə müqaviləni uzadır

"Qəbələ" daha bir futbolçusu ilə müqavilə müddətini uzadacaq.

Metbuat.az xəbər verir ki, bu barədə klubun baş meneceri Nail Kərimov açıqlama verib.

Onun sözlərinə görə, Ülvi İsgəndərovlə razılığa gəliblər. 26 yaşlı hücumçu ilə münasibətlər yaxın vaxtlarda rəsmiləşdiriləcək.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Urfan Abbasov, Murad Musayev, İlkin Qırtımov və Emin Səfərovla müqaviləni uzadıb. Məqsəd İsayev isə komandadan ayrılıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR