Türkiyə iş adamları ilə əməkdaşlıq imkanları müzakirə edilib - FOTO

Türkiyənin Ünye Ticarət və Sənaye Palatasının rəhbərlik etdiyi iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətində müxtəlif sektorlarda fəaliyyət göstərən 40-dan çox iş adamı təmsil olunur.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) Metbuat.az-a bildirilib ki, Azərbaycana səfər çərçivəsində Türkiyə iş adamları üçün “Bakı KOB evi”ndə təqdimat təşkil olunub.

Təqdimatda KOBİA-nın fəaliyyətinə, KOB-lara göstərilən dəstək və xidmətlərə, o cümlədən Agentliyin yerli və xarici iş adamlarının əlaqələndirilməsi, sahibkarların birgə təşəbbüslərinin reallaşdırılmasına dəstəyi barədə məlumat verilib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə biznesin inkişafı, Azərbaycan və Türkiyə iş adamları üçün biznes imkanları və perspektivlər barədə fikirlərini bölüşüb, belə səfərlərin biznes dairələri arasında əlaqələrin genişləndirilməsində və yeni əməkdaşlıqların qurulmasında önəmini diqqətə çatdırıb.

Tədbir çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı