Prezident İlham Əliyev qazaxıstanlı həmkarına başsağlığı verib

Qazaxıstanın Abay bölgəsində baş vermiş güclü meşə yanğınları ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevə başsağlığı məktubu ünvanlayıb.

Metbuat.az xəbər verir ki, dövlətimizin başçısı məktubunda bildirib: “Abay bölgəsində baş vermiş güclü meşə yanğınlarının çox sayda insan tələfatına səbəb olması və ağır fəsadlar doğurması xəbəri bizi son dərəcə kədərləndirdi”.

Bu faciə ilə əlaqədar Kasım-Jomart Tokayevə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verən Prezident İlham Əliyev yaralananlara şəfa diləyib, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı