Bu şəxslər işlədiyi yerdən əlavə pul ala bilər - RƏSMİ

Bəzi müəssisə və qurumlarda normal iş rejimi ilə yanaşı gecələr də iş olur. Təcili yardım, polis, market və digər yerlərdəki növbəli iş rejimini misal göstərmək olar.

Metbuat.az xəbər verir ki, Əmək Məcəlləsinə görə, 22:00-dən 06:00-ya qədər müddət gecə vaxtı sayılır. Nazirlər Kabinetinin qərarına əsasən, həm gecə çalışdığına, həm də çoxnövbəli iş rejiminə görə işçiyə əlavə pul ödənilməlidir.

Əmlak qanunvericiliyi üzrə ekspert Nüsrət Xəlilov atv-yə bildirib ki, gecə vaxtı yerinə yetirilən işə görə saatlıq tarif maaşının 20 faizi, çoxnövbəli işin axşam növbəsində hər saatına görə 20 faiz, gecə növbəsinə görə 40 faiz miqdarında əlavə ödəniş ödənilməsi nəzərdə tutulub.

Dövlət Əmək Müfəttişliyi Xidmətindən isə açıqlanıb ki, əmək hüquqları pozulan işçilər quruma, 142 çağrı mərkəzinə, istənilən DOST mərkəzinə müraciət edə bilər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı