"Qalatasaray"da icarə əsasında çıxış edən "Napoli"nin futbolçusu Viktor Osimhen üçün yeni iddia ortaya atılıb.
Metbuat.az xəbər verir ki, Osimhen karyerasını İspaniyada davam etdirə bilər. İspaniyanın “Sport” qəzetinin məlumatına görə, Osimhen menecerlər vasitəsilə “Barselona”ya təklif edilib. Bununla belə, bu transferin maddi baxımdan “Barselona” üçün sərfəli olmayacağı irəli sürülür. Məlumata görə, “Napoli” futbolçu üçün 75 milyon avro tələb edir. İtaliyanın “Tutto Sport” qəzetindəki xəbərə görə, "Yuventus" da Osimheni transfer etmək istəyir.
“Yuventus”un transferi həyata keçirmək üçün hərkətə keçdiyi irəli sürülür.