İmtahanına gələn tələbənin üstündən çıxan əşya təəccübləndirdi - FOTO

Bakıda keçirilən magistraturaya qəbul imtahanına qatılan tələbələrdən birinin üzərindən qəribə əşya aşkarlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi Elyar İslamoğlu feysbuk hesabında məlumat verib.

"Dördkünc qırmızı parçaya nəyisə büküb üzərinə qəpik qoyaraq sapla plyus formasında sarıyıblar. Daha sonra parçanın üzərinə şam əridib töküblər. Təsəvvür edin, bu cadunu 4 il universitetdə ali təhsil alan bir tələbə Bakıda keçirilən magistr imtahanına gətirib. İmtahanlarda yüksək bal toplamaq üçün yaxşı oxumaq, öyrənmək lazımdır. Caduyla imtahandan keçmək olsaydı, heç kim hazırlıqlara pul tökməzdi".



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı