"Naxçıvandan gediş-gəliş hesabına əlaqələrimiz çox güclü olacaq" - Türkiyə Prezidenti

"Zəngəzur dəhlizi məsələsini sürətlə həll etməyimiz bizə iki önəmli imkan qazandıracaq".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycanda dövlət səfərində olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə geniş tərkibdə görüşdən sonra mətbuata verilən birgə bəyanatda bildirib.

Onun sözlərinə görə, bu dəhliz üzərindən həm quru, həm də dəmir yolu açılacaq: “Naxçıvandan gediş-gəliş hesabına Türkiyənin Azərbaycanla əlaqələri çox güclü olacaq. Yol mədəniyyətdir. Əgər yolunuz varsa, mədənisiniz, mədəniyyəti əldə etmisiniz. Əgər yol yoxdursa, heç nə yoxdur”.

“Hazırda Azərbaycanın xüsusilə müharibəən sonra infrastruktur məsələsində həssaslıqla üzərində durduğu ən önəmli mövzu yollardır. Bundan öncəki gəlişimdə də gördüm, bütün tunellər Azərbaycanın həm birinci, həm də ikinci Qarabağ müharibəsindən sonra necə inkişaf etdiyini, necə inkşaf etməkdə olduğunu ən gözəlk şəkildə ortaya qoyur. Təbii ki, bunları gördükcə biz iftixar hissi keçiririk”, - deyə Türkiyə Prezidenti əlavə edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Media Savadlılığı