Videokart istehsalı ilə məşğul olan "Nvidia" şirkətinin kapitallaşması 1 trilyon dolları keçib.
Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumat Nyu-York Fond Birjasında yer alıb.
Bildirilir ki, mayın 30-da ticarət zamanı şirkətin kapitallaşması 1 trilyonu ötüb, lakin gün sonunda rəqəm azalıb. Çərşənbə axşamı isə bu rəqəm ilk dəfə 1 trilyon dollardan yüksək olub.
Bununla da, "Nvidia" bazar kapitallaşması 1 trilyon həddini ötən 7-ci ABŞ şirkəti olub. Əvvəllər bu göstəriciyə Apple, Microsoft, Alphabet, Amazon, Tesla, Meta şirkətləri çatıb.