Azərbaycanda avtomobil benzininin istehsalı artıb.
Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, 2023-cü ilin yanvar-may aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 1 milyard 759,4 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,4 faiz artıb.
Qeyd olunan dövr ərzində neft məhsullarının istehsalında neft koksunun istehsalı 73,3 faiz, sürtkü yağlarının istehsalı 52,6 faiz, avtomobil benzininin istehsalı 47,6 faiz, qazoylların (dizel yanacağının) istehsalı 36,4 faiz artmış, neft bitumu istehsalı 38,7 faiz, mazut istehsalı isə 94,6 faiz azalıb.